Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1376) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2.1-ci və 2.2.4-cü yarımbəndlərdə “daşıyıcılarının” sözü “qurğularının” sözü ilə əvəz edilsin.

2. 2.2.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.9. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı reklam yayıcısının Agentliyə etdiyi müraciət əsasında müvafiq bələdiyyə ilə həmin əmlakdan istifadəyə dair müqavilə bağlayır;”.

3. 2.2.10-cu yarımbənddə “və cinayət əlamətləri olduqda” sözləri “əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 2.3.2-1-ci yarımbənd əlavə edilsin:

“2.3.2-1. açıq məkanda reklam yayımına görə haqq tutmaq;”.

5. Aşağıdakı məzmunda 3.6.3-1-ci yarımbənd əlavə edilsin:

“3.6.3-1. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;”.

6. Aşağıdakı məzmunda 4.4-1-ci bənd əlavə edilsin:

“4.4-1. Agentlik açıq məkanda reklam yayımına görə müvafiq məbləğdə haqq tutur.”.

7. 4.5-ci bəndə “qiymətləri” sözündən sonra “(açıq məkanda reklam yayımına görə haqqın məbləği istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2017-ci il.

20 December 2017, 09:12

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...