“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479; 2003, № 1, maddə 8; 2004, № 2, maddə 57; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745; 2008, № 6, maddə 460; 2009, № 2, maddə 43, № 10, maddə 769; 2014, № 5, maddə 462; 2015, № 4, maddə 361) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin üçüncü hissəsində, 17-ci maddənin birinci hissəsində, 21-ci maddənin birinci hissəsində, 31-ci və 35-ci maddələrin birinci hissələrində “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və ya təşkilat” sözləri ilə əvəz edilsin.
2. 6-cı maddənin beşinci hissəsinə, 15-ci maddənin birinci hissəsinin ikinci abzasına, 17-ci maddənin dördüncü hissəsinə “elmi” sözündən sonra “müəssisə və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il.
15 December 2017, 09:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...