Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 62; 2013, № 12, maddə 1498; 2015, № 6, maddə 682) 4.4-cü maddəsinin ikinci abzasında və 7-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 283-IVQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 63; 2013, № 12, maddə 1499; 2015, № 6, maddə 682) “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 466; 2014, № 1, maddə 12; 2015, № 6, maddə 682) 2.1-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
4. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 467, № 12, maddə 1500; 2015, № 6, maddə 682) 2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 470, № 12, maddə 1501; 2015, № 6, maddə 682; 2016 (I kitab), № 2, maddə 199, № 12, maddə 2026) 2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 471, № 12, maddə 1502; 2015, № 6, maddə 682; 2016, № 12, maddə 2027) 1.13-cü və 2-ci maddələrində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 625-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 474, № 12, maddə 1504; 2015, № 6, maddə 682) 2.2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505; 2015, № 6, maddə 682; 2016, № 11, maddə 1757; 2017, № 1, maddə 28) 2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
9. “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 476; 2014, № 1, maddə 13; 2015, № 6, maddə 682) 2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
10. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 689; 2017, № 6, maddə 728) 2.1-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
11. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 198; 2016, № 12, maddə 2029) 1-ci maddəsinin üçüncü abzasında və 2-ci maddəsində “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2017-ci il.
11 December 2017, 10:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...