“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2017-ci il.
Azərbaycan Respublikasının 2017-ci il
17 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında
və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının
SİYAHISI
Sıra №-si |
Prekursorun adı |
Xeyli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri
|
Külli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri |
1. |
Antranil turşusu |
2500 qram |
25000 qram |
2. |
Aseton |
50 litr |
200 litr |
3. |
Erqotamin |
0,3 qram |
3 qram |
4. |
Efedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
|
25 qram |
5000 qram |
5. |
Etil efiri |
20 litr |
200 litr |
6. |
Erqometrin (erqonovin) |
0,3 qram |
3 qram |
7. |
Fenilsirkə turşusu |
1000 qram |
10000 qram |
8. |
Xlorid turşusu |
100 litr |
1000 litr |
9. |
İzosafrol |
500 qram |
5000 qram |
10. |
Kalium permanqanat |
500 qram |
3000 qram |
11. |
Lizergin turşusu
|
0,1 qram |
1 qram |
12. |
Metiletilketon (MEK) |
20 litr |
200 litr |
13. |
Norefedrin |
25 qram |
5000 qram |
14. |
N-asetilantranil turşusu |
300 qram |
3000 qram |
15. |
Piperonal |
20 qram |
200 qram |
16. |
Psevdoefedrin (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
|
25 qram |
5000 qram |
17. |
Piperidin |
20 qram |
200 qram |
18. |
Sirkə turşusunun anhidridi |
100 qram |
5000 qram |
19. |
Safrol |
500 qram |
5000 qram |
20. |
Sulfat turşusu |
100 litr |
1000 litr |
21. |
Toluol |
100 litr |
1000 litr |
22. |
1-Fenil-2-propanon |
10 qram |
2000 qram |
23. |
3,4-metilendioksifenil- 2-propanon |
10 qram
|
2000 qram
|
Qeyd.
Bu Siyahıda göstərilən miqdarlar həmin prekursorların duzlarına (belə duzların mövcudluğu mümkün olduğu halda) da aiddir.
30 November 2017, 10:1110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...