“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 651-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613; Azərbaycan Respublikasının 2013-cü il 21 iyun tarixli 695 nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulaya “əmrlərinin,” sözündən sonra “inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının,” sözləri əlavə edilsin;
2. aşağıdakı məzmunda 1.1-1-ci maddə əlavə edilsin:
“1.1-1. İnzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443, 444, 445.1, 446, 447.3, 448, 451-ci maddələrinin tələbləri nəzərə alınmaqla bu Qanuna müvafiq icra olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2013-cü il.
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...