Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175, № 7, maddə 1349) ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 4.0.10-cu yarımbəndə “yerləşdirmək” sözündən sonra “(yerləşdirilmə vaxtını göstərməklə)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 7.1.5-1-ci yarımbənd əlavə edilsin:
“7.1.5-1. foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib olunmuş inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi çatdırılması barədə məlumatları;”.
3. 7.4-cü bəndə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 7.10-1-ci bənd əlavə edilsin:
“7.10-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.”.
5. 7.11-ci bəndə “edilə bilməz” sözlərindən sonra “, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz” sözləri əlavə edilsin.
6. 7.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“7.12. Bu Əsasnamənin 7.4-cü və 7.5-ci bəndlərində göstərilən məlumatlar sistem istifadəçilərinin sistemə daxil etdikləri məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə sistem iştirakçılarının sistemə ötürdükləri məlumatlar əsasında göndərilir.”.
7. 7.13-cü bənd ləğv edilsin.
8. 7.15-ci bəndin üçüncü cümləsinə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilsin.
9. Aşağıdakı məzmunda 7.18-1-ci bənd əlavə edilsin:
“7.18-1. İnzibati xəta törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada sistemə göndərir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 noyabr 2017-ci il.
14 November 2017, 10:1110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...