Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №3, maddə 135; 1999, №8, maddə 476; 2002, №5, maddə 237; 2003, №1, maddə 10; 2004, №2, maddə 57; 2006, №11, maddə 923; 2007, №5, maddə 436, №10, maddə 938; 2008, №2, maddə 47; 2015, №2, maddə 72, №4, maddə 357) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddəyə aşağıdakı məzmunda on səkkizinci abzas əlavə edilsin:

“su obyektlərində sudan ödənişli istifadənin təyinatlarını müəyyən etmək;”.

2. 21-ci maddə üzrə:

2.1. üçüncü hissədə “tərəfindən” sözü “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

3. 96-cı maddənin ikinci abzasında, 97-ci maddənin adında, birinci, ikinci və dördüncü hissələrində “pullu” sözü “ödənişli” sözü ilə əvəz edilsin.

4. 97-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

5. 98-ci maddə üzrə:

5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

5.2. üçüncü hissə ləğv edilsin.

6. 103-cü maddənin on beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“sudan təyinatı üzrə istifadə etmədikdə;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il.

 

 

6 September 2017, 10:09

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...