Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1385 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci, 7.3-cü bəndlərə və 2.1.4-cü, 3.2.8-ci yarımbəndlərə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 3.1.13-cü yarımbənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

3. 6.9-cu bəndə “mütəxəssis” sözündən sonra “, elmi” sözü əlavə edilsin.

4. 6.22-ci bənddə “formada dövlət nümunəli sənəd (diplom)” sözləri “formalı dövlət sənədi - diplom” sözləri ilə əvəz edilsin.

5. 7.5.1-ci yarımbənddə “və tətbiqi-nəzəri” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi” sözləri ilə əvəz edilsin.

6. 8.10-cu bənddə “elmi və elmi-pedaqoji” sözləri “xüsusi elmi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyul 2017-ci il.

24 July 2017, 09:07

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...