“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci bəndə “xəta” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” üzrə:
2.1. 1.2.1-ci, 1.2.2-ci, 4.0.10-cu, 4.0.11-ci, 7.1.1-ci yarımbəndlərə, 7.9-cu və 7.15-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin;
2.2. 7.10-cu, 7.11-ci və 7.18-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2017-ci il.
20 July 2017, 10:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...