Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339; Azərbaycan Respublikasının 2017-ci 25 aprel tarixli 646-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 40.2-ci maddədə “, gömrük rəsmiləşdirilməsinə dair ərizəni” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri əlavə edilsin.
2. 40.3-cü maddədə “, gömrük rəsmiləşdirilməsinə dair ərizə” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri əlavə edilsin.
3. 40.4-cü maddədən “, gömrük rəsmiləşdirilməsinə dair ərizənin” sözləri çıxarılsın.
4. 45.2-ci, 48.1-ci, 48.3-cü, 50.1-ci maddələrin birinci cümlələrinə, 150.5-ci maddənin üçüncü cümləsinə və 210.4-cü maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin.
5. 99.4-cü maddənin birinci cümləsində “axtarış” sözü “yoxlama” sözü ilə əvəz edilsin.
6. 122.3-cü maddə ləğv edilsin.
7. 128.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir.”.
8. 150.5-ci maddənin birinci cümləsinə, 210.1-ci, 210.5-ci, 255.1-ci maddələrə və 299.4-cü maddənin birinci cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri əlavə edilsin.
9. 175.1-ci maddəyə “yerinə” sözündən sonra “(o cümlədən xarici ölkənin ərazisindən keçməklə)” sözləri əlavə edilsin.
10. 295.4-cü maddədə “qısa idxal (ixrac) bəyannaməsi” sözləri “natamam bəyannamə” sözləri ilə əvəz edilsin.
11. 320.0.1-ci maddəyə “izlənməsini” sözündən sonra “və gömrük işində operativ tətbiqini” sözləri əlavə edilsin.
12. Aşağıdakı məzmunda 320.0.7-1-ci maddə əlavə edilsin:
“320.0.7-1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il.
17 July 2017, 10:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...