“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 682-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, №6, maddə 510) aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:
“Maddə 31-1. Qeysəriyyə kəsiyi əməliyyatı
Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.
Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il.
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...