“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 81; 2005, № 4, maddə 278; 2007, № 10, maddə 938; 2008, № 11, maddə 957) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddənin yeddinci bəndində “təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə” sözləri “bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş hallarda icbari sığorta müqavilələri” sözləri ilə əvəz edilsin;
2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 16. Təhlükə potensiallı obyektlərin istismarı sahəsində sığorta
Təhlükə potensiallı obyekt olan daşınmaz əmlakın sığortası, habelə bu cür daşınmaz əmlakın istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyə biləcək zərərlə bağlı daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”;
3. 19-cu maddədə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il.
23 April 2014, 09:04
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...