“Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 oktyabr tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-7 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nın 1 saylı Əlavəsinin “I mərhələ – Namizədliyin irəli sürülməsi” hissəsinin ikinci abzasından “yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr         Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

30 May 2017, 09:05

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...