“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281) aşağıdakı dəyişikliklər edilsin:
1. 16.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.8. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu Qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir.”;
2. 60-cı maddə üzrə:
2.1. 60.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“60.1. Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri ilə əlaqədar “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir.”;
2.2. 60.2-ci maddə ləğv edilsin;
3. 62-ci maddədə “müvafiq qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il.
23 April 2014, 09:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...