Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 594; 2003, № 2, maddə 81; 2005, № 3, maddə 160; 2007, № 8, maddə 769; 2010, № 2, maddə 80; 2011, № 7, maddələr 637, 641; 2014, № 2, maddə 112; 2016, № 8, maddə 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bəndə birinci halda “Neft” sözündən əvvəl “Neft Fondunun xarici valyuta ilə maliyyələşdirilən büdcə xərclərinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artması halları istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 1.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Neft Fondunun büdcəsinin müvafiq xərc maddəsinin xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə Neft Fondunun balansında əks etdirilir.”.

3. 3.3.4-cü yarımbəndə “smetası,” sözündən sonra “xarici valyuta məzənnələrinin dəyişkənliyi,” sözləri əlavə edilsin.

4. 6.1-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Neft Fondunun büdcəsinin icrası barədə tərtib edilən hesabatda xarici valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar büdcənin müvafiq xərc maddəsinin artıq icrasına səbəb olan manatla ifadədə xərclər büdcədənkənar xərclər kimi fakt üzrə əks etdirilir. Hesabatda Fond tərəfindən maliyyələşdirilən layihə, proqram və tədbir üzrə xarici valyuta və manatla ifadədə bütün xərclər müvafiq layihə xərclərinə aid edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 may 2017-ci il.

15 May 2017, 09:05

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...