Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Saatlı rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 23,5 dəfə, o cümlədən tikinti quraşdırma işləri 27,4 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Rəsm Qalereyası, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, Saatlı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 29 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 32 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Saatlıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 50 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2017-ci il.
31 March 2017, 09:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...