Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli qanunlarının tətbiqi ilə əlaqədar qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608; № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 366-VQD nömrəli, 11 noyabr tarixli 387-VQD nömrəli, 396-VQD nömrəli, 29 noyabr tarixli 429-VQD nömrəli və 16 dekabr tarixli 457-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 5.1-ci və 5.2-ci maddələrdə “(vəzifəli şəxslər)” sözləri “, qurumları və vəzifəli şəxslər” sözləri ilə əvəz edilsin.

2. 10-cu maddəyə “orqanları” sözündən sonra “(qurumları)” sözü əlavə edilsin.

3. 17-ci maddənin “Qeyd” hissəsinə “müəssisələrində” sözündən sonra “, o cümlədən publik hüquqi şəxslərdə” sözləri əlavə edilsin.

4. 46.2-ci və 115.4.2-ci maddələrə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilsin.

5. 99.1.2-ci maddədə “və təşkilatlarından” sözləri “(qurumlarından)” sözü ilə əvəz edilsin.

6. 288.0.1-ci maddədə “, satışına və tətbiq edilməsinə” sözləri “və satışına” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 fevral 2017-ci il.

27 March 2017, 09:03

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...