“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin ikinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanı (orqanları) barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu və on doqquzuncu bəndində (ikinci halda), 5-ci maddəsinin altıncı hissəsində, 10-1-ci maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində (ikinci halda) və on birinci hissəsində (ikinci halda), 16-cı maddəsinin birinci hissəsində (ikinci halda), 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 1-ci maddəsinin onuncu bəndində (dövlət yollarına münasibətdə) və on doqquzuncu bəndində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 5-ci maddəsinin altıncı hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 16-cı maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü və altıncı hissələrində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində “qurum” və qanunun mətnində “yol təsərrüfatı orqanı” (dövlət yollarına münasibətdə) dedikdə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;

3.3. həmin Qanunun 16-cı maddəsinin birinci hissəsində (birinci halda) və 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2016-cı il.

 

15 December 2016, 10:12

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...