“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
2. həmin Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilsin.
3. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 5-ci maddə əlavə edilsin:
5. |
Teleradio yayımı fəaliyyəti: |
5.1. |
ümumrespublika televiziya yayımı |
5.2. |
Bakı şəhəri üzrə televiziya yayımı |
5.3. |
regional televiziya yayımı |
5.4. |
ümumrespublika radio yayımı |
5.5. |
Bakı şəhəri üzrə radio yayımı |
5.6. |
regional radio yayımı |
5.7. |
əlavə informasiya yayımı |
5.8. |
abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı |
5.9. |
abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı |
5.10. |
peyk yayımı |
5.11. |
xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il.
8 December 2016, 10:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...