Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016,  № 6, maddə 1055) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlər əlavə edilsin:

“2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları;

2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar;”.

2. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.16. Vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradır və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərir. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir və  sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdirilir.”.

3. Aşağıdakı məzmunda 2.16-1-ci və 2.16-2-ci bəndlər əlavə edilsin:

“2.16-1. Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət  edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdirilir.

2.16-2. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini bu Əsasnamənin 2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirirlər.”.

4. 2.18-ci bənddə “və 2.14.8-ci – 2.14.12-ci” sözləri “2.14.8 – 2.14.11-ci və 2.14.12-ci” sözləri ilə əvəz edilsin və həmin bəndə “2.14.5-ci – 2.14.7-ci” sözlərindən sonra “, 2.14.11-1-ci və 2.14.11-2-ci” sözləri əlavə edilsin.

5. 2.19-cu bənddə “2.14.8-ci və 2.14.9-cu” sözləri “2.14.8-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.

6. 2.20-ci bənddə “2.14.1-ci – 2.14.9-cu” sözləri “2.14.1-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.

7. 2.21-ci bənddə “bütün məlumatların” sözlərindən sonra “(imza yaratma məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.

8. 2.29.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.29.4-cü yarımbənd əlavə edilsin:

“2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.”.

 

9. Əsasnaməyə 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

 

1.1.3-1.1. Bəli

 

1.1.3-1.2. Xeyr

 

10. Əsasnaməyə 2 nömrəli Əlavə - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:

 

“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:

 

1.1.3-1.1. Bəli

 

1.1.3-1.2. Xeyr

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 18 oktyabr 2016-cı il.

 

19 October 2016, 09:10

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...