2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupu tərəfindən səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 64-cü maddələrinə əsasən qərara alır:
1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) aşağıdakı şəxslər “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Aslanov Novruzəli Davud oğlu
Bayramov Çingiz İbrahim oğlu
Behbud Elməddin Mahmud oğlu
Əhmədov Elçin İldırım oğlu
Əliyeva İradə Yusif qızı
Əliyev İbrahim Zülfiqar oğlu
Əsgərzadə Qafar Ələsgər oğlu
Eyvazova Nərgiz Xələf qızı
Əzizov Ramil Arif oğlu
Həsənli Emin Əliyar oğlu
Heydərov Fəttah Səməd oğlu
İsmayılov İlham Surxay oğlu
Mehdiyev Mehdi İmdad oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Qədirov Vüqar Kərim oğlu
Qonaqov Rufiz Rəhim oğlu
Rəhimli Davud Səid oğlu
Rzaquliyev Füzuli Ədəb oğlu
Seyidov Mirhəsən Mirheydər oğlu
Vəliyev Məhəmməd Əli oğlu
Xəlilov Anar Əhməd oğlu
Xəlilov Cəlil Malik oğlu
Yolçuyev Əkbər Mehdi oğlu
Zeynalov Vüqar Eldar oğlu
Zeyni Rauf Xurşud oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Qəribov Qalib Ataş oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 August 2016, 09:0810 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...