2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4-cü, 99.6-cı və 134-cü maddələrinə görə səsvermə bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

 

Referendumda istifadə ediləcək səsvermə bülletenləri ilə əlaqədar yuxarıda göstərilən qayda və şərtlər əsas götürülməli, mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, referendum aktının layihəsi əsasında tərtib edilən, hər bir hissədən sağda üzərində səsverənin cavabının variantları (“hə” və “yox”) yazılan boş kvadratlar, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşən səsvermə bülleteninin mətni və forması təsdiq edilməli, ölkə üzrə qeydə alınan seçicilərin ümumi sayından 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 134-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) mövcud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnən, referendum aktının layihəsi əsasında tərtib edilən, hər bir hissədən sağda üzərində səsverənin cavabının variantları (“hə” və “yox”) yazılan boş kvadratlar, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşən səsvermə bülleteninin mətni və forması təsdiq edilsin.

 

2. Səsvermə bülletenlərinin sayı cəmi 5 280 924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

 

3. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.

 

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

5 August 2016, 09:08

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...