“Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”ının 6-cı hissəsində xüsusi seçki hesablarının yalnız “Azərbaycan Beynəlxalq Bankı ASC”nin və ya onun filiallarında açılması nəzərdə tutulmuşdur. Bəzi seçki dairələrinin ərazisində qeyd edilən bankın filiallarının olmaması və ya münasib yerdə yerləşməməsi səbəbindən, digər bankın (“Kapital Bank ASC”) da imkanlarından istifadə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq yuxarıda adı çəkilən Təlimatın 6-cı hissəsinə dəyişiklik edilməli və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-5 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişiklik edilsin:
1.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının xüsusi hesabları yalnız “Azərbaycan Beynəlxalq Bankı” ASC-də və ya onun filiallarında açılmalıdır. Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar “Kapital Bank” ASC-nin filiallarında açılmalıdır”.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 July 2016, 09:0710 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...