Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 697, № 12, maddə 1085; 2010, № 5, maddə 382) ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “I siyahı. Narkotik vasitələr” fəsli üzrə:
1.1. "Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri" qrafasında "yuxarı" sözü "aşağı" sözü ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 21-30-cu maddələr əlavə edilsin:
21. |
AH-7921
|
0,05 |
2,5 |
22. |
AM-2201 |
0,01 |
0,05
|
23. |
5F-AKB-48 |
0,05 |
0,25
|
24. |
JWH-015 |
0,05 |
0,25
|
25. |
JWH-018 |
0,01 |
0,05
|
26. |
JWH-122 |
0,05 |
0,25
|
27. |
JWH-210 |
0,05 |
0,25
|
28. |
Oripavin (3-O-dimetiltebain) |
0,2 |
1 |
29. |
UR-144 (fenil sianid 2,4,6-triizopropil) |
0,05 |
0,25
|
30. |
Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid)
|
0,5 |
2,5 |
2. “II siyahı. Psixotrop maddələr” fəsli üzrə:
2.1. “Külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri” qrafasında “yuxarı” sözü “aşağı” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 105-111-ci maddələr əlavə edilsin:
105. |
25B-NBOMe (2C-B-NBOMe) |
0,0005 |
0,0015 |
106. |
BZP-N-benzilpiperazin |
0,3 |
1,5 |
107. |
25C-NBOMe (2C-C-NBOMe) |
0,0005 |
0,0015 |
108. |
25I-NBOMe (2C-I-NBOMe) |
0,0005 |
0,0015 |
109. |
MDPV-3,4-metilendioksipirovaleron |
0,6 |
3,0 |
110. |
mefedron (4-metilmetkatinon) |
0,2 |
2,5 |
111. |
metilon (beta-keto-MDMA) |
0,2 |
2,5 |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2016-cı il.
2 June 2016, 09:06
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...