Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169, 186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 814 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 5.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5.1. Məcəllənin 222.1-ci, 222.2-ci, 246-cı, 247-ci, 248-ci, 249-cu və 325-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - vergilər naziri, onun müavinləri, Nazirliyin aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, onun müavinləri, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, onun müavinləri, Bakı şəhəri Vergilər Departamentinin rəisi, onun müavinləri, ərazi vergilər idarələrinin rəisləri, onların müavinləri, rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının rəhbəri, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2013-cü il.
25 December 2012, 16:1210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...