Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.7-ci və 24-cü maddələrinə əsasən, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının, Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Böyük Quruluş Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Sosial Rifah Partiyasının, Vəhdət Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının təqdimatlarını nəzərdən keçirərək, “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçilsinlər:

 

Cavadov Fuad Musa oğlu,

Əliyev Şaitdin Sərdar oğlu,

İbrahimov Ramiz Hilal oğlu,

Kazımova Validə Faiq qızı,

Paşayev Hüseyn Məmməd oğlu,

Pənahov Məzahir Məhəmməd oğlu,

Məmmədov İlham Sabir oğlu,

Məmmədov Natiq Seyfulla oğlu,

Muxtarova Arifə Ağaverdi qızı,

Nadirov Nizami Hüseyn oğlu,

Orucov Qabil Əhməd oğlu,

Tağıyev Azər Cabir oğlu,

Əsgərov Bəxşeyiş Məmməd oğlu,

Həsənov Tofiq Eldar oğlu,

Qəhramanlı Almas Əlisultan qızı,

Quliyev Etibar Cəfər oğlu,

Rəhimov Mikayıl Rəhman oğlu,

Şahbazov İlkin Zaur oğlu.

 

2. Aşağıdakı şəxslər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvləri seçilsinlər:

 

Hümbətov Sürəddin Məmmədhüseyn oğlu,

Quliyev Bəhruz Vaqif oğlu,

Muradov Aydın Hacı oğlu,

Orduxanov Niyaməddin Orduxan oğlu.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                                      O.Əsədov

 

Bakı şəhəri, 15 aprel 2016-cı il.

18 April 2016, 09:04

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...