Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununu imzalamadan 2016-cı il fevralın 15-də Milli Məclisə geri qaytarmışdır.

 

Milli Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin qaytardığı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikası Milli Məclisinin Daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərmişdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi 2016-cı il fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifinin qəbul edilməsini Milli Məclisə təklif etmişdir.

Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Milli Məclisinin Daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsini

rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununun məqsədəuyğun olmaması barədə təklifi qəbul edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri                 O.Əsədov

 

Bakı şəhəri, 4 mart 2016-cı il.

7 March 2016, 09:03

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...