“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununu “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1261-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775) aşağıdakı məzmunda 40-5-ci maddə əlavə edilsin:
“Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər
Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
19 February 2016, 09:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...