“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238) aşağıdakı məzmunda 14.4-cü və 14.5-ci maddələr əlavə edilsin:
“14.4. Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
14.5. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
17 February 2016, 10:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...