“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 400, № 6, maddə 500; 2013, № 2, maddə 119) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü hissə ləğv edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddə “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK) tərəfindən” sözləri çıxarılsın, “iştirakı ilə” sözləri “tərəfindən” sözü ilə əvəz edilsin;
2.2. 4.1-ci, 4.2-ci, 4.4-cü, 5.5-ci, 7.1-ci, 8.3-cü (birinci halda), 8.4-cü, 8.8-ci bəndlərdə ismin müvafiq hallarında “DTXK" abreviaturası ismin müvafiq hallarında “ƏMDK" abreviaturası ilə əvəz edilsin;
2.3. 4.2-ci bənddən “ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsinin,” sözləri çıxarılsın;
2.4. 5.5-ci bənddən “ƏMDK-nın müvafiq ərazi bölməsinin nümayəndəsi,” sözləri çıxarılsın;
2.5. 8.3-cü bənddən “DTXK -nın və” sözləri çıxarılsın;
2.6. 5.6-cı bənddə “DTXK-nın və ƏMDK-nın sədrləri” sözləri “ƏMDK-nın sədri" sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2016-cı il.
17 February 2016, 10:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...