“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

 

“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 158; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 2, maddə 69; 2006, № 8, maddə 660; 2007, № 11, maddə 1110; 2008, № 3, maddə 174, № 6, maddə 498; 2010, № 7, maddə 610; 2012, № 11, maddə 1081; 2014, № 11, maddə 1419) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Altıncı abzasda “digər torpaqların” sözləri “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının” sözləri ilə əvəz edilsin.

2. On birinci və on altıncı abzaslarda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

3. On üçüncü abzasa “56-cı maddəsinin 1-ci bəndində,” sözlərindən sonra “6 cı bəndinin birinci abzasında və 8-ci bəndində” sözləri əlavə edilsin.

4. On altıncı abzasa “qalan torpaq sahələrinə münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsi istisna olmaqla” sözləri əlavə edilsin.

5. On doqquzuncu abzasa “meşə fondu torpaqlarına münasibətdə” sözlərindən sonra “− yeni torpaqların mənimsənilməsi, torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsi hissəsində” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2016-cı il.

17 February 2016, 10:02

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...