"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 29
Bakı şəhəri, 3 fevral 2016-cı il
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısı"nın "Komissiyanın üzvləri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Qulu Novruzov" sözləri "Ceyhun Bayramov" sözləri ilə, "Arif Əsgərov" sözləri "Cavid Qurbanov" sözləri ilə, "Cavid Qurbanov- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri" sözləri "Saleh Məmmədov - "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri" sözləri ilə əvəz edilsin;
1.2. "Elşən Hacızadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri" sözlərindən sonra "Elman Gərayzadə - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri" və "Vüsal Kərimli - Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru" sözləri əlavə edilsin;
1.3. "Çingiz Baxişev - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi" və "Novruzəli Orucov - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri" sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
12 February 2016, 10:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...