Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 312, № 6, maddə 415; 2007, № 8, maddə 754; 2008, № 8, maddə 709; 2010, № 4, maddə 274; 2011, № 2, maddə 71) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 336-cı maddəyə “stansiya (liman, aeroport) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri, “stansiya (liman, aeroport) rəisinin” sözlərindən sonra isə “, dəniz limanı idarəsinin” sözləri əlavə edilsin.
2. 338-ci maddənin on ikinci abzasına “stansiyanın (limanın, aeroportun) rəisinə” sözlərindən sonra “, dəniz limanı idarəsinə” sözləri əlavə edilsin.
3. 339-cu maddəyə “stansiya (liman, aeroport) rəisi” sözlərindən sonra “, dəniz limanı idarəsi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2015-ci il.
29 January 2016, 09:0110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...