"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 64
Bakı şəhəri, 26 fevral 2014-cü il
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında "Qüvvələrinin" sözündən sonra "və" sözü vergül işarəsi ilə əvəz edilsin, "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.2.1-ci hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "ümumqoşun" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün" sözləri əlavə edilsin;
1.3.4-cü hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin, "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin" sözləri əlavə edilsin;
1.4.5-ci hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "kursantları" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavimləri və dinləyiciləri" sözləri əlavə edilsin;
1.5.7-ci hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.6.9-cu hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "ümumqoşunları" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti" sözləri əlavə edilsin;
1.7.10-cu hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin" sözləri əlavə edilsin;
1.8.11-ci hissədə "və" sözü vergül işarəsi ilə, "birləşmələrə" sözü isə "birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinə" sözləri ilə əvəz edilsin;
1.9.12-ci hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.10.13-cü hissədə "və" sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.11. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı Normaları" üzrə:
1.11.1. adında "və" sözü və "Qeydlər"in 1.1-ci bəndində "çavuşları" sözündən sonra "və" sözü vergül işarəsi ilə əvəz edilsin;
1.11.2. adına "ümumqoşun" sözündən sonra və "Qeydlər"in 1.1-ci bəndinə "əsgərləri" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti" sözləri əlavə edilsin;
1.12. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müalicə ərzaq payı Normaları"nın adında və "Qeydlər"inin 1.1-ci bəndində "Qüvvələrinin" sözündən sonra "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin" sözləri əlavə edilsin;
1.13.həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin kursantları üçün ərzaq payı Normaları"nın adında və "Qeydlər"inin 1.1-ci bəndində "Qüvvələrinin" sözündən sonra "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "kursantları" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavimləri və dinləyiciləri" sözləri əlavə edilsin;
1.14. həmin qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xüsusi təyinatlı dəstələrinin ərzaq payı Normaları"nın adında və "Qeydlər"inin 1.1-ci bəndində "Qüvvələrinin" sözündən sonra "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.15. həmin qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşunları üçün quru ərzaq payı Normaları"nın adında "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "ümumqoşunları" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin" sözləri əlavə edilsin;
1.16.həmin qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları"nın adında "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin" sözləri əlavə edilsin;
1.17.həmin qərarla təsdiq edilmiş 11 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə müalicə ərzaq payları verilərkən məhsulların əvəz olunması Normaları"nın adında "və" sözü vergül işarəsi ilə, "birləşmələrə" sözü isə "birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinə" sözləri ilə əvəz edilsin;
1.18.həmin qərarla təsdiq edilmiş 12 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xidməti itləri üçün sutkalıq yemləmə Normaları"nın adında "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin;
1.19.həmin qərarla təsdiq edilmiş 13 nömrəli əlavə - "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin xidməti atları üçün sutkalıq yemləmə Normaları"nın adında "və" sözü vergül işarəsi ilə əvəz edilsin və "birləşmələrin" sözündən sonra "və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin" sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 March 2014, 10:03
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...