"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 50

Bakı şəhəri, 19 fevral 2014-cü il

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 805-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 noyabr tarixli 41 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 919) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"  üzrə:

1.1. 2.1.2.1-ci  yarımbəndin  yeddinci  abzasında "5.0.2.3-cü" sözü "5.1.2.3-cü" sözü ilə əvəz edilsin;

1.2. 2.1.3.1-ci yarımbənddə "5.0.2.1-ci və 5.0.2.2-ci" sözləri "5.1.2.1-ci və 5.1.2.2-ci" sözləri ilə əvəz edilsin;

1.3. 2.1.3.2-ci, 2.1.3.3-cü və 2.1.3.6-cı yarımbəndlərdə "5.0.2.3-cü" sözü "5.1.2.3-cü" sözü ilə əvəz edilsin;

1.4.  2.1.3.4-cü yarımbənddə "5.0.2.4-cü" sözü "5.1.2.4-cü" sözü ilə əvəz edilsin;

1.5.  2.1.3.5-ci yarımbənddə "5.0.2.1-ci və 5.0.2.4-cü" sözləri "5.1.2.1-ci və 5.1.2.4-cü" sözləri ilə əvəz edilsin;

1.6. aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:

"2.2. Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası"na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır.".

2. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası"nın 2.1-ci bəndinə birinci halda "müalicəsinə" sözündən əvvəl "həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar" sözləri əlavə edilsin.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

4 March 2014, 09:03

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...