2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 173 saylı müraciət üzrə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Qasımova Elza Nuru qızı 2015-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 201-ci il tarixli 31/95 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində, 14 noyabr 2015-ci ildə deputatlığa qeydə alınmış namizəd Qasımova Elza Nuru qızı yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək şikayətindən imtina etdiyini bildirərək həmin şikayət üzrə araşdırmaya xitam verilməsini xahiş etmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Qasımova Elza Nuru qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 173 saylı müraciəti üzrə araşdırmaya xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

16 November 2015, 10:11

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...