2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 170 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Rzayev Qubadəli Əli oğlu 11 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsi üzrə qanun pozuntularının baş verdiyini iddia edərək, bununla əlaqədar həmin dairə seçki komissiyasına yazılı müraciət etdiyini, lakin komissiya tərəfindən müraciətə baxılmadığını bildirərək dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmişdir.

                                                          

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayış və qəbzdən görünür ki, ərizəçi 3 noyabr 2015-ci ildə poçt vasitəsi ilə dairə seçki komissiyasına müraciət göndərmiş, müraciət 6 noyabr 2015-ci ildə dairə seçki komissiyasına daxil olmuş və 8 noyabr 2015-ci ildə komissiyanın iclasında həmin müraciətə baxılaraq 32/122 saylı qərar qəbul edilmiş, həmin qərarın surəti 8 noyabr 2015-ci ildə namizədin vəkil edilmiş şəxsi C.Talıbova təqdim edilmişdir.

Göstərilənlərlə dairə seçki komissiyasının hərəkətsizliyi öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Rzayev Qubadəli Əli oğlunun 11 noyabr 2015-ci il tarixli 170 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

16 November 2015, 10:11

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...