“Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında”(1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

“Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və 3-cü hissədə “(1970-ci ildə yenidən işlənmiş)” sözləri “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissədə “(1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına” sözləri “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli Konvensiyasına müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur)” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəyə “Konvensiyasına” sözündən əvvəl “(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il .

16 November 2015, 09:11

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...