Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, № 5, maddə 501) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 153-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci cümlədə “ümumi əsaslarla” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

2. İkinci və üçüncü cümlələr çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il.

4 November 2015, 09:11

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...