2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 oktyabr 2015-ci il tarixli 41 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Talıbov Mikayıl Əbülfət oğlu 6 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd M.Ə.Talıbov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onu namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş M.Ə.Talıbovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 7 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, M.Ə.Talıbovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış seçici imzalarından 469-u etibarlı hesab edilmişdir ki, bu da onun namizəd kimi qeydə alınması üçün kifayət edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd olunanlara əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının M.Ə.Talıbovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 3 oktyabr 2015-ci il tarixli 18/65 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Talıbov Mikayıl Əbülfət oğlunun 6 oktyabr 2015-ci il tarixli 41 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 3 oktyabr 2015-ci il tarixli 18/65 saylı qərarı ləğv edilsin.

2. 77 saylı Astara seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Talıbov Mikayıl Əbülfət oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

9 October 2015, 09:10

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...