2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin qeydə alınması və Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/124 saylı qərarı ilə qeydə alınmış səlahiyyətli nümayəndənin qeydiyyatının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində “AZADLIQ-2015” siyasi partiyalar bloku səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Bundan başqa “AZADLIQ-2015” siyasi partiyalar bloku Mərkəzi Seçki Komissiyasının 8 sentyabr 2015-ci il tarixli 17/124 saylı qərarı ilə səlahiyyətli nümayəndə kimi qeydə alınmış Ağayev Cəmaləddin Daxil oğlunun qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Ələkbərsoy Telman Zaman oğlu
İbrahimli Üzeyir Soltan oğlu
İmranova Aytəkin Kapitan qızı
Mahmudov Rövşən Ələsgər oğlu
Məhərrəmov Kamran Knyaz oğlu
Məmmədov Azad Qubad oğlu
Məmmədov Məhərrəm Kərim oğlu
Orucov Günxan Əhməd oğlu
Oruclu Tərxan Əhməd oğlu
Səfərov Ceyhun İlyas oğlu
Vəlibəyli Zöhrab Həmid oğlu
2. “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Ağayev Cəmaləddin Daxil oğlunun qeydiyyatı ləğv edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 September 2015, 09:0910 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...