“AZADLIQ-2015” siyasi partiyalar blokunun qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə birgə iştirak etmək məqsədilə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası öz müvafiq orqanlarının qərarları ilə “AZADLIQ-2015 siyasi partiyalar bloku” (qısaldılmış adı “AZADLIQ-2015”) adlı siyasi partiyalar bloku yaratmış və blokun emblemini müəyyən edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınması üçün müvafiq sənədləri blokun səlahiyyətli nümayəndəsi 2015-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin siyasi partiyalar blokunun qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, siyasi partiyaların blokunu azı iki siyasi partiya yarada bilər. Seçki Məcəlləsinin 50.4-cü maddəsində göstərilən əsaslar olmadıqda siyasi partiyalar bloku həmin Məcəllənin 50.2-ci, 50.3-cü maddələrində və Mərkəzi Seçki Komissiyasının “Siyasi partiyaların bloklarının qeydə alınması qaydaları haqqında Təlimat”ının 1.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada və müddətdə qeydə alınmalıdır.
Seçki Məcəlləsinin 51.1-ci və 51.3-cü maddələrinə əsasən, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat, təsdiq edilməsi üçün isə öz emblemini təqdim edə bilər.
Göstərilən əsaslara görə “AZADLIQ-2015” siyasi partiyalar bloku qeydə alınmalı, təqdim edilmiş emblem həmin siyasi partiyalar blokunun emblemi kimi təsdiq edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 50-52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə birgə iştirak etmək məqsədilə Aydınlar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası tərəfindən yaradılmış “AZADLIQ-2015 siyasi partiyalar bloku” (qısaldılmış adı “AZADLIQ-2015”) siyasi partiyalar bloku qeydə alınsın.
2. “AZADLIQ-2015” siyasi partiyalar blokunun emblemi təsdiq edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
7 September 2015, 09:0910 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...