"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 62
Bakı şəhəri, 10 mart 2015-ci il
"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007, № 6, maddə 700, № 7, maddə 743, №12, maddə 1355; 2008, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11, maddə 1036; 2009, №1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010, №4, maddə 356, № 7, maddə 706, № 12, maddələr 1113, 1114; 2011, № 1, maddə 68, №4, maddə 374, №8, maddə775; 2012, №1, maddə 38, №7, maddə780, №9, maddə 936, №10, maddə 1019; 2013, №7, maddə 872, №11, maddə1459; 2014, №4, maddə 457) aşağıdakı məzmunda 1.26-cı bənd əlavə edilsin:
"1.26. Dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2019-cu il yanvarın 1-dək qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
31 March 2015, 09:03
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...