Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 26
Bakı şəhəri, 30 yanvar 2014-cü il
Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi forması təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il 1 mart tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmişdir
_____________________________________________________________ (yoxlayıcı orqanın adı, ünvanı) MƏHSUL NÜMUNƏLƏRİNİN GÖTÜRÜLMƏSİ АК T I "___" _________ 20____ il "__________________________________" (aktın tərtib edilmə tarixi) (məhsul nümunələrinin dəqiq götürülmə vaxtı (saat, dəqiqə)
Məhsul nümunələrinin götürülməsinin əsaslandığı məhsulun tədqiqi (sınağı) barədə qərarın nömrəsi, qəbul edilmə tarixi və vaxtı:____________ Məhsul nümunələri götürülmüş sahibkarın (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan:________________________________ _____________________________________________________________ Məhsul nümunələrini götürən yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı:___________________________________________________ _____________________________________________________________ Məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkarın nümayəndəsinin vəzifəsi, soyadı, adı və atasının adı:_________________
Nəzarət nümunələrinin saxlandığı yer:______________________________ Sahibkarın izahatı, iradı və ya etirazı (əgər varsa):____________________ ____________________________________________________________
Məhsul nümunələrini götürmüş yoxlayıcı: _______ (imza) Məhsul nümunələrinin götürülməsində iştirak edən sahibkar, yaxud səlahiyyətli nümayəndəsi: _______ (imza)
|
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...