"Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 35

Bakı şəhəri, 13 fevral 2015-ci il

"Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarında dəyişiklik edilməsi barədə

"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1034-IVQD nömrəli Qanununun tətbiqi və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 308 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 464; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2012, № 5, maddə 476; 2013, № 6, maddə 736; 2014, № 1, maddə 69, № 10, maddə 1316) ilə təsdiq edilmiş "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın 12-ci hissəsindən "Hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən" sözləri çıxarılsın.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

24 February 2015, 09:02

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...