Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"ndə dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 34
Bakı şəhəri, 12 fevral 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri"ndə dəyişiklik edilməsi barədə
"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 323-İVQD nömrəli Qanununun tətbiqi və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 623 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 784) ilə təsdiq edilmiş "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri" aşağıdakı redaksiyada verilsin:
"Ödəniş zamanı edilən güzəştin şərtləri
1. Ödənişli informasiyanın verilməsi zamanı aşağıdakı şəxslərə güzəştlər edilir:
1.1. elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə;
1.2. ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə.
2. İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
24 February 2015, 09:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...