Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnova

Hörmətli Vitali Georgiyeviç,

 

Sizi – Beynəlxalq Olimpiya Komitəsinin qocaman üzvünü 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, bütün dünyada idmanın inkişafı və populyarlaşdırılması işində yeni uğurlar arzulayıram.

Sizin çoxillik fəaliyyətiniz Olimpiya ideallarına sədaqətlə xidmət etməyin nadir nümunəsidir. Siz həm sovet dönəmində, həm də postsovet dövründə sağlam həyat tərzinin, bədən tərbiyəsinin və idmanın təbliği üçün çox iş görmüsünüz. Ölkələrimizin idman ictimaiyyəti Sizin Azərbaycanın və Rusiyanın idmançıları və idman təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Əminəm ki, Sizi Bakıda keçiriləcək birinci Avropa Oyunlarında ən çox arzu edilən qonaqlardan biri kimi görəcəyik. İndi Azərbaycanda həmin Oyunlara hazırlıq işi başa çatır. Ümidvarıq ki, bu Oyunlar Olimpiya hərəkatında yeni mərhələ olacaq, olimpizmin fundamental dəyərlərinin və prinsiplərinin möhkəmlənməsinə layiqli töhfə verəcək.

Sizin çoxillik təcrübəniz gənc idmançıların yeni nəsilləri üçün son dərəcə maraqlı və faydalıdır. Düşünürəm ki, Sizə xas olan enerji istedadlı gənclərin Olimpiya hərəkatına cəlb edilməsinin perspektivləri ilə bağlı hələ çox planları və layihələri həyata keçirməyinizə imkan verəcək. Sizə uğurlar diləyirəm.

Ən xoş arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti

 

Bakı şəhəri, 12 fevral 2015-ci il.

16 February 2015, 09:02

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...