Tədqiq (sınaq) nəticələrinə dair protokolun formasının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 25
Bakı şəhəri, 30 yanvar 2014-cü il
Tədqiq (sınaq) nəticələrinə dair protokolun formasının təsdiq edilməsi haqqında
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Tədqiq (sınaq) nəticələrinə dair protokolun forması təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il 1 mart tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tədqiq (sınaq) nəticələrinə dair PROTOKOL № _____
Məhsul nümunələrinin çatdırılma tarixi və dəqiq vaxtı (gün, ay, il, saat, dəqiqə):__________________________________________________ Sınaq üçün təqdim edilmiş nümunələrin miqdarı (ölçü vahidini göstərməklə):__________________________________________________
Tədqiqi (sınağı) apardı: _______________________ _______ (vəzifəsi, soyadı, adı, atasının adı) (imza)
|
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...