Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 1
Bakı şəhəri, 7 yanvar 2015-ci il
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin 16-cı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
İbrahimov Nazim Hüseyn oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Hacıyev Valeh Tofiq oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Səmədov Abutalıb Qəmbər oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Qurbanov Nəriman Əhmədağa oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri
Əliyev Rizvan Bayramqulu oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri
Məmmədov İlham Hacı oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin II ərazi şöbəsinin müdiri
Nəcəfov Fizuli Tarverdi oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin III ərazi şöbəsinin müdiri
Vəliyev Cavanşir İnqlab oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin IV ərazi şöbəsinin müdiri
Miraləm Elşad Mircavad oğlu - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
14 January 2015, 09:0110 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...