2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 yanvar 2015-ci il tarixli 138 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 86 saylı İsmayıllı seçki dairəsi üzrə Hacıhətəmli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov İdris Camaləddin oğlu 2015-ci il yanvarın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, Hacıhətəmli bələdiyyəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Ərizəçi Kərimov İdris Camaləddin oğlu 2015-ci il yanvarın 8-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək şikayətindən imtina etdiyini bildirmiş və həmin müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 86 saylı İsmayıllı seçki dairəsindən Hacıhətəmli bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Kərimov İdris Camaləddin oğlu şikayətindən imtina etdiyinə görə 7 yanvar 2015-ci il tarixli 138 saylı müraciətin araşdırılmasına xitam verilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 January 2015, 09:01

http://www.azertag.net

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...